EN

Cəmiyyət dövlətinə və onun rəhbərinə inam, etimad nümayiş etdirir - Rəy

Yazını böyüt
Yazını kiçilt

İctimai nəzarət və məsuliyyət mexanizmlərini gücləndirməliyik”

“Müasir siyasətdə uğur anlayışı təkcə fərdi nailiyyət deyil, həm də dövlətin inkişaf göstəricisinə təsir edən ümumi nailiyyətdir. Lakin bəzi siyasətçilər üçün başqalarının uğuru - xüsusən hakimiyyətin və xalq tərəfindən dəstəklənən, etimad göstərilən liderin qələbələri və nailiyyətləri - özlərinə təhdid kimi qəbul edirlər. Özlərini təhdid kimi qəbul etmə sindromuna “uğur düşmənçiliyi sindromu” deyilir. Bu sindromdan əziyyət çəkənlərin çoxu uğurdan qorxan, uğur fobiyası altında həyatlarını sürən şəxslərdir. Bundan əlavə, psixoloji rəqabət və özünü təsdiq ehtiyacı yaranır. Belə insanlarda başqalarının yüksəlişi onların öz alçalması və nüfuzunun azalması kimi qəbul edilir. Bu səbəbdən belə şəxslər dövlətin uğurunu ümumi dəyər kimi qiymətləndirmir, onu özlərinə təhlükə kimi qələmə verirlər. Bu düşüncə isə siyasi davranışa aqressiya, tənqid və sabotaj kimi əks olunur. Bu yanaşmanın ağır nəticələri olur. Çünki bu yanaşma və siyasi davranış qaydaları cəmiyyətdə təzyiq altında olan insanları cinayət törətməyə sövq edə bilər. Cinayət törədildikdən sonra cəza qaçılmazdır və bu, ailələrin həyatında mənfi izlər qoyur. Belə hallar müzakirələrə səbəb olur, əslində bu müzakirələr lazımsızdır. Qarşısını almağı mümkün olan hər hansı neqativ və mənfi hadisənin, yəni cinayətin və dövlətin ümumi maraqlarına xələl gətirəcək halların baş verməsinə şərait yaradanlar məsuliyyət daşımalıdırlar”.

Bunu Versus.Az-a uğur düşmənləri və siyasi anlayışı olmayanların kiçik oyunları, hər şeyə rəğmən irəliləyən Azərbaycan dövlət siyasəti ilə bağlı şərhindən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.

“Siz artıq siyasi davranış modelinizi dəyişməlisiniz. Dəyişmirsinizsə, ətrafınızda sizə inanan insanların taleyi ilə oynamaq mənəvi cinayətdir. Sizin məqsədiniz xalqla dövlət arasında etimad körpüsünə zərbə vurmaqdır və ya dövlətin güclənməsini istəməyən xarici təsirlərə ideoloji bağlılığınız var. Siz bunları bacarmayacaqsınız. Keçmişdəki uğursuzluğunuzu aqressiyaya, düşmənçiliyə çevirib itirilmiş mövqelərinizin intiqamı və qisası dalınca qaçmayın. Bəsdirin bu mənəvi cinayətləri elədiniz”, mərkəz rəhbəri qeyd edib.

R.Hüseynov vurğulayıb ki, bu gün ictimai nəzarət və məsuliyyət mexanizmləri gücləndirilməlidir. Bildirib ki, dövlət qurumlarının ümumi nəzarəti daha da sərtləşdirilməlidir:

“Çünki biz bu gün, sabah üçün yaşamırıq, gələcək nəsillər üçün şərəfli və qüdrətli dövlət əmanət qoyub getməliyik. Bunun üçün sistemli, fundamental və güclü bir strategiyanı mümkün qədər qısa müddətdə hazırlayıb həyata keçirməliyik. Bunu başa çatdırmaq üçün hamılıqla doğruluğun, ədalətin, müdrikliyin və həmrəyliyin yanında - İlham Əliyevin ətrafında birləşib öz müqəddəs məqsədlərimizə nail olmalıyıq.

Cəmiyyətin və dövlətin hüquqi əsaslarını təşkil edən normalar var, konstitusiyamız mövcuddur. Uzun illərin siyasi planlaması ilə bu gün şüur və iradəyə malik, böyük bir siyasi sistemə daxil olan birləşmiş bir xalqın mövqeyi ortadadır. Bu mövqe ümumi maraqlar əsasında qarşılıqlı əlaqə və münasibətlər sistemini əks etdirir. Uzun illər müharibə təhdidi altında, qonşu ölkələrin və digər təhlükələrin yaratdığı risklər fonunda öz xarici siyasət və diplomatiyamızı mükəmməl şəkildə həyata keçirmişik. Qlobal siyasətin yaratdığı reallıqlar və siyasi şərait nəzərə alınaraq bu addımlar dövlət üçün məqsədəuyğun şəkildə atılıb. Nəticədə, 44 gün ərzində qazandığımız zəfər dünya siyasətində yeni baxışın formalaşmasına təkan verdi. İstər siyasi, istər sosial, istər iqtisadi, istər hərbi və digər sahələrdə ölkəmizdə aparılan nizamlanma ilə bağlı verilən qərarlar kifayət qədər uğurludur”.

R.Hüseynov qeyd edib ki, bu gün narazı olduğumuz məqamlar ola bilər, amma qarşımıza qoyduğumuz məqsədlərə nail olduqdan sonra bütün kiçik, individuals problemlərimiz tam aradan qalxacaq:

“Bu gün Ramiz Mehdiyev ətrafında baş verən hadisələr siyasi mühitdə ciddi müzakirələrə səbəb olub. Demək olar ki, bu işə aidiyyəti olan-olmayan hamı danışır, danışmağa çalışır. Amma bir məsələni unutmaq olmaz: bu hadisənin özümüzdə tərəqqimizin, müttərəqliyimizin inkişafına nə qədər töhfə verəcəyini təsəvvür etmək lazımdır. Bu böyük hadisədir. Dövlətin siyasi, iqtisadi və digər maraqlarına sabotaj edərək, içəridən pozuculuq fəaliyyəti ilə bu dayaqlara zərbə vuranların hamısı ifşa olunmalı və ən ağır formada cəzalandırılmalıdır. Bu hadisə həmçinin göstərdi ki, cəmiyyət siyasi sistemimizə tam inanır, dövlətinə inam və etimad nümayiş etdirir və dövlətin atdığı bütün addımların həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin yanındadır”.

Chosen
12
4
hafta.az

5Sources