EN

Kəmalə Mehdiyeva: Bakı Arbitraj Mərkəzinin məqsədi ədalətli, şəffaf və səmərəli arbitraj xidmətləri təqdim etməkdir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

Bakı Arbitraj Mərkəzinin daimi arbitraj təşkilatı olaraq əsas funksiyası mübahisələrin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə xitam verilməsi məsələlərinin həlli, kargüzarlığın aparılması, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkilindən ibarətdir.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Arbitraj Mərkəzinin rəsmi açılış mərasimindən öncə jurnalistlərə açıqlamasında Azərbaycan Arbitraj Assosiasiyasının və Bakı Arbitraj Mərkəzinin sədri Kəmalə Mehdiyeva deyib.

Onun sözlərinə görə, son illərdə ölkəmizdə məhkəmə-hüquq sahəsində mühüm islahatlar aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar nəticəsində ədalət mühakiməsinin müasirləşdirilməsi və alternativ olaraq mübahisələrin həlli mexanizmlərinin inkişafı istiqamətində böyük irəliləyişlər əldə olunub: "Bu siyasətin məntiqi davamı kimi, bu gün Bakı Arbitraj Mərkəzinin açılış mərasimi keçirilir. Tədbirin məqsədi dünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyət göstərən peşəkar hüquqşünasların bilik mübadiləsi, dövlət və özəl sektorda çalışan hüquqşünasların əməkdaşlığı, eləcə də ölkəmizdə arbitraj sektorunun müzakirəsi üçün dinamik platforma təşkil etməkdir. Tədbir çərçivəsində 7 panel müzakirə nəzərdə tutulur. Bakı Arbitraj Mərkəzinin əsas məqsədi Azərbaycan Respublikasının “Arbitraj haqqında” Qanununa müvafiq olaraq beynəlxalq arbitraj sahəsində fəaliyyət göstərmək və mübahisələrin həlli üsulu kimi arbitrajı seçmiş tərəflərə ədalətli, şəffaf və səmərəli arbitraj xidmətləri təqdim etməkdir",- deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
4
azertag.az

5Sources