EN

Trampın Si Cinpinlə görüşünün tarixi açıqlandı


ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Çin Prezidenti Si Cinpinlə görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi növbəti mətbuat brifinqində bildirib.
Onun sözlərinə görə, Tramp oktyabrın 24-də Malayziyaya gedəcək və oraya yerli vaxtla oktyabrın 26-da səhər saatlarında çatacaq.
O, Baş nazir Ənvər İbrahimlə görüşəcək və ASEAN liderlərinin işçi naharında iştirak edəcək.
Oktyabrın 27-də Tramp Tokioya gedəcək və oktyabrın 28-də Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi ilə görüşəcək.
Oktyabrın 29-da Tramp Pusana uçacaq, orada Cənubi Koreya Prezidenti Li Çje Myonla görüşəcək və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxış edəcək.
Chosen
10
2
yeniavaz.com

4Sources