ain.az, Qol.az saytına istinadən bildirir.
UEFA Konfrans Liqasının Liqa mərhələsində 2-ci turun “Riyeka” (Xorvatiya) - “Sparta” (Çexiya) oyunu yarımçıq dayandırılıb.
QOL.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub. Matç birinci hissə başa çatandan sonra (hesab 0:0) təxirə salınıb.
UEFA-nın yaydığı məlumatda bildirilib ki, pis hava şəraiti nəticəsində meydanın oyuna yararsız hala düşməsi səbəbindən, hakim hər iki komanda, UEFA nümayəndəsi və təşkilatçılarla məsləhətləşdikdən sonra “Riyeka” – “Sparta” matçını 24 oktyabr cümə gününə təxirə salmaq qərarına gəlib
Oyun Bakı vaxtı ilə saat 18:00-da bərpa olunacaq və ikinci hissənin əvvəlindən davam etdiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.