EN

Rusiya təyyarələri Litvanın HAVA MƏKANINDA

Ajans.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. "Oktyabrın 23-də saat 18:00 radələrində Litva Hərbi Hava Qüvvələri Kibartay (Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəd şəhər – red.) yaxınlığında dövlət sərhədinin pozulması faktını aşkarlayıb: Rusiyanın Su-30 təyyarəsi və İl-78 yanacaqdoldurma təyyarəsi ehtimal ki, Kalininqrad vilayətində yanacaqdoldurma təlimləri keçirib, Litvanın hava məkanına təxminən 700 metr daxil olub və hava məkanında təxminən 18 saniyə qaldıqdan sonra onu tərk edib", - məlumatda deyilir. "Hadisəyə cavab olaraq İspaniyanın Hərbi Hava Qüvvələrinə məxsus iki "Eurofighter Typhoon" qırıcı təyyarəsi səmaya qaldırılıb, NATO-nun hava polisi missiyasını yerinə yetirib", - nazirlik əlavə edib.

Bildirilir ki, NATO qırıcıları hazırda hava patrulları həyata keçirir.

Chosen
8
3
Ajans.az

5Sources