EN

ABŞ Venesuelaya B 1 strateji bombardmançı təyyarələri göndərib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ Venesuelaya “B-1 Lancer” strateji bombardmançı təyyarələri göndərib.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, cümə axşamı günü Dyess Hərbi Hava Qüvvələri Bazasından (Texas) iki səsdən sürətli B-1 bombardmançı təyyarəsi havaya qalxıb və Bolivar Respublikası yaxınlığında uçub.

Qəzet onu da qeyd edir ki, ABŞ hərbi təyyarələri Venesuela hava məkanına daxil olmayıb. Çünki ABŞ yuxarıda adı çəkilən bombardmançı təyyarələri regiona yerləşdirmir. B-1-lər ABŞ ərazisindən Karib dənizinin istənilən nöqtəsinə çatmaq üçün kifayət qədər məsafəyə malikdir.

Qeyd edək ki, B-1 səsdən sürətli bombardmançı təyyarəsi 1980-ci illərdə xidmətə başlayıb. Bu təyyarələrdən təxminən 100-ü istehsal olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
61
50
apa.az

10Sources