GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Su-30 qırıcıları planlı təlim uçuşlarını Kalininqrad vilayəti üzərində həyata keçirib və heç bir digər dövlətin hava məkanını pozmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, bütün uçuşlar Rusiyanın hava məkanı qaydalarına ciddi riayət edilərək icra olunub.
“Təyyarə öz marşrutundan kənara çıxmayıb və digər dövlətlərin hava məkanını pozmayıb ki, bu da obyektiv monitorinqlə təsdiqlənib”, – Rusiya MN bildirib.
Qey edək ki, Litva Prezidenti Gitanas Nauseda oktyabrın 23-də axşam saatlarında Rusiya hərbi təyyarələrinin ölkəsinin hava məkanını pozduğunu iddia etmişdi. Rusiya tərəfi isə bu iddiaları təkzib edərək, bütün əməliyyatların qanuni çərçivədə aparıldığını vurğulayıb.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.