EN

15 ölkə İsrail parlamentinin qərarını qınadı

ain.az bildirir, Metbuat portalına istinadən.

Türkiyə, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı də daxil olmaqla 15 ölkə İsrail parlamentinin İordan çayının qərb sahilinin ilhaqına dair qanun layihələrini qəbul etməsini qınayıb.

Metbuat.az xəbər verir ki, ölkələr bununla bağlı birgə yazılı bəyanat yayıb. Bəyanatda deyilir ki, İsrail parlamentinin işğal altındakı İordan çayının qərb sahili və İsrailin qeyri-qanuni müstəmləkə məskənləri üzərində qondarma “İsrail suverenliyi”nin tətbiqinə yönəlmiş iki qanun layihəsini təsdiq etməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Qeyd edək ki, İordan çayının qərb sahilindəki Fələstin torpaqlarında yəhudi məskənlərinin ilhaqını nəzərdə tutan qanun layihəsi İsrail parlamentində qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
55
19
metbuat.az

10Sources