EN

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başladı

Sind Terrorla Mübarizə İdarəsi (CTD) Pakistanın ən böyük şəhəri Kəraçidə İran yönümlü Liva Zeynəbiyun qruplaşmasına qarşı əməliyyata başladığını elan edib.

Publika.az "Azad İran" "Telegram" kanalına istinadəla xəbər verir ki, əməliyyat zamanı qrupun iki fəal üzvü saxlanılıb.

Şübhəlilərdən tapança və əl qumbarası götürülüb. Məlumata görə, saxlanılanlar 2025-ci ilin mayında Kəraçidə törədilmiş dini motivli qətllərdə iştirak etdiklərini etiraf ediblər.

Onlar həm də qonşu ölkədən maliyyə və təşkilati dəstək alan, şəhərdə terror aktları planlaşdıran qrupun tərkibində olublar.

Chosen
7
6
publika.az

7Sources