Minimum əməkhaqqı bu qədər ola bilər — AÇIQLAMA
                    
                        "Mövcud iqtisadi mühiti formalaşdıran faktorları nəzərə alsaq, əslində minimum əməkhaqqının və əməkhaqqlarının artırılması ilə bağlı ciddi çağırışlar var".
 
 Bunu Demokrat.az-a iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, Mərkəzi Bankın proqnozlarına görə 2025-ci il üzrə inflyasiya səviyyəsi 5,5-6 faiz arasında proqnozlaşdırılır:
 
 "Bu, kifayət qədər ciddi göstəricidir. Belə bir şəraitdə minimum əməkhaqqının mövcud səviyyəsinin qorunması bu əsasda əməkhaqqı hesablanan sosial qrupların 2026-cı ildə alıcılıq gücünün aşağı düşməsinə səbəb olacaq. Minimum əməkhaqqının 8-10 faiz artırılması məqsədəuyğundur. Bu da təxminən 440 manat edir".
 
 Cavidan Mirzəzadə
 Demokrat.az