EN

İvan Yuriç türk futbolçunu istəyir

İtaliyanın “Atalanta” klubu Türkiyə millisinin və “Qalatasaray”ın futbolçusu Yunus Akgünü transfer siyahısına daxil edib.

Fanat.Az xəbər verir ki, “Foot Italia”nın məlumatına görə, baş məşqçi İvan Yuriç 24 yaşlı futbolçunun oyun tərzini çox bəyənir və onun komandaya hücumda çeviklik gətirəcəyinə inanır.

Mənbənin iddiasına əsasən, Atalanta rəhbərliyi bu transferi reallaşdırmaq üçün maraqlı bir addım atmağa hazırlaşır – klub, hal-hazırda əsas heyətin üzvü olan Ademola Lukmanı bu keçidə daxil etməyə razıdır. Beləliklə, Yunus Akgünün “Qalatasaray”dan ayrılaraq A Seriyasına keçidi real variant kimi görünür.

“Qalatasaray” rəhbərliyi isə hələlik bu təklifə rəsmi cavab verməyib.

Kamil Xudiyev

Chosen
50
1
fanat.az

2Sources