EN

Zaporojiya AES yenidən Ukrayna elektrik şəbəkəsinə qoşulub

Bir aylıq fövqəladə vəziyyətdın sonra Rusiya mühəndisləri AES-yenidən Ukrayna elektrik şəbəkəsimə qoşublar...

 Rusiyanın nəzarətində olan Zaporojiya Atom Elektrik Stansiyası (ZAES) təxminən bir aylıq fasilədən sonra yenidən Ukraynanın xarici enerji şəbəkəsinə qoşulub.

Poliqon xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Məlumata görə, sentyabrın sonlarında stansiya elektrik xəttindəki zədələnmə səbəbindən tamamilə şəbəkədən ayrılmışdı və o vaxtdan yalnız ehtiyat dizel generatorlarının hesabına işləyirdi. Bu vəziyyət reaktorların soyutma sistemlərinə və ümumi təhlükəsizlik proseslərinə ciddi risk yaradırdı.

Stansiyada çalışan mühəndislər enerji təchizatını bərpa etmək üçün bir neçə dəfə uğursuz cəhd göstəriblər. Ukrayna tərəfi isə MAQATE-nin vasitəçiliyi ilə təhlükəsiz texniki koordinasiya aparıb. Nəticədə, Ukrayna şəbəkəsi ilə 750 kilovoltluq yüksək gərginlikli xətt bərpa olunub və stansiyanın normal fəaliyyət rejimi qismən bərpa edilib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bildirib ki, Zaporojiya AES-in enerji təminatının bərpası “fövqəladə vəziyyətin bitməsi baxımından mühüm addımdır”, lakin stansiyanın təhlükəsizlik durumu hələ də qeyri-sabit olaraq qalır.

Poliqon.info

Chosen
114
poliqon.info

1Sources