EN

Bekhem Messinin “İnter Mayami” ilə müqaviləsini uzatmasına münasibət bildirib

“İnter Mayami” klubunun həmsahibi Devid Bekhem Argentina millisinin dünya çempionu hücumçusu Lionel Messinin müqaviləsinin uzadılması barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, funksioner bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Bizim məqsədimiz hər zaman ən yaxşı futbolçuları ‘İnter Mayami’ və bu şəhərə gətirmək olub. Bunu da bacardıq — biz futbol tarixində ən yaxşı oyunçunu şəhərimizə gətirdik. Bu, həm Mayamiyə, həm də Leo-nun şəhərə, klubumuza və futbola olan sadiqliyini göstərir.

O, klubla eyni səviyyədə bağlıdır və qələbə qazanmaq istəyini hələ də qoruyur. Komandanın sahibləri olaraq, belə bir futbolçunun bizdə olmasından qürur duyuruq. Leo futbola olan sevgisi və ABŞ-da futbolun inkişafına verdiyi töhfə ilə yeni nəsil gənc istedadlara ilham mənbəyi olub”

MLS təmsilçisi yeni anlaşmanın imzalandığını oktyabrın 23-də rəsmi olaraq açıqlayıb. Yeni müqaviləyə əsasən, argentinalı ulduz 2028-ci ilin sonunadək komandada çıxış edəcək.

Chosen
39
90deqiqe.az

1Sources