EN

Terrorçular doğum evinə basqın etdilər

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Nigeriyada terrorçular doğum evinə basqın edərək 12 nəfəri girov götürüblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında - Kaduna ştatında baş verib.

"Nasara" doğum evinə hücum zamanı götürülən girovlar arasında hamiləliyin son ayında olan qadın, yeni doğulmuş körpə və onun anası da var.

Qeyri-rəsmi məlumata görə, basqın zamanı 1 nəfər öldürülüb.

Qeyd edək ki, son 2 il ərzində Kaduna ştatında terrorçular  500-dən çox insanı öldürüb, 1700-dən çox sakini əsir götürüblər.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
80
525.az

1Sources