EN

Vatikanda tarixi hadisə – kral və papa birgə dua etdilər – FOTO

Vatikana səfər edən Böyük Britaniya kralı III Çarlz və Roma papası XIV Leo Sikstin kapellasında birgə dua ediblər.

NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Mərasimi Roma papası və İngiltərə Kilsəsinin arxiyepiskopu Stiven Kottrell idarə ediblər. İngiltərə kilsəsinin başçısı Ropa papası XIV Leonun solunda oturub. Mərasimdə Sikstin kapellasının xoru və iki kral xoru iştirak ediblər.

III Çarlz bundan öncə XIV Leonun sələfləri ilə görüşüb, II İohann Pavel və XVI Benedikt Böyük Britaniyaya səfər ediblər. Lakin onlar heç vaxt birlikdə ibadət etməyiblər.

Ona görə də bu an tarixi hadisə hesab edilir, çünki Çarlz və XIV Leo 16-cı əsrdəki Reformasiyadan sonra kilsə xidmətində birlikdə dua edən ilk Britaniya monarxı və ilk pontifik olublar.

Xatirə SADİQ

Chosen
125
nocomment.az

1Sources