EN

Ukraynaya “Tomahavk” raketlərindən istifadəyə icazə verilməlidir – Petteri Orpo

ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq üçün Amerikanın uzaqmənzilli “Tomahavk” qanadlı raketlərindən istifadə etməyə icazə verməlidir.

NOCOMMENT.az xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo “Politico” nəşrinə müsahibəsində deyib.

Orpo qeyd edib ki, Rusiya daim Avropa təhlükəsizliyinə təhdid yaradır və ABŞ prezidentini Ukraynanı özünü müdafiə etmək üçün lazım olan silahlarla təmin etməyə və Vladimir Putini danışıqlar masasına oturmağa məcbur etməyə çağırıb.

“Putin yalnız gücə inanır. Əgər biz müharibəni dayandırmaq istəyiriksə, Rusiya ilə eyni səviyyədə və ya hətta ondan güclü olmalıyıq. Mən həqiqətən ümid edirəm ki, Ukrayna Rusiyaya əks-hücum etmək və özünü müdafiə etmək üçün lazım olan imkanları alacaq. Biz başa düşürük ki, bu, Zelenski ilə ABŞ arasında olan bir məsələdir və mən səmimi şəkildə ümid edirəm ki, onlar həll yolu tapa biləcəklər”, – baş nazir vurğulayıb.

Prezident Alexander Stubb qolf oyununa görə Trampla dostluq münasibəti qurduqdan sonra Finlandiya hazırda ABŞ prezidentinə ən çox təsir gücünə malik Aİ ölkələrindən biridir.

Xatirə SADİQ

Chosen
48
nocomment.az

1Sources