EN

Mülki Aviasiya Agentliyinin maliyyələşməsində dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənintəkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” AzərbaycanRespublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəliFərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Trend xəbərverir ki, fərmana əsasən Azərbaycan Respublikası Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi və“Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə DövlətMüfəttişliyi” publik hüquqi şəxs üçün cari ilin dövlət büdcəsindənəzərdə tutulmuş və həmin qurumların öhdəliklərinin tam icraolunduğu tarixədək istifadə olunmamış vəsait, habelə AzərbaycanRespublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında DövlətMülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada UçuşlarınTəhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsinmövcud nizamnamə fondu və bölüşdürülməmiş mənfəəti hesabınaformalaşdırılır.

Sənədə görə, 2026-cı ildən başlayaraq Azərbaycan RespublikasıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət MülkiAviasiya Agentliyi Agentliyin saxlanılması xərclərininmaliyyələşdirilməsi üçün dövlət büdcəsinin mərkəzləşdirilmişxərclərində ayrıca sətirlə vəsait nəzərdə tutulacaq.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həlletmək tapşırılıb.

Chosen
117
7
az.trend.az

10Sources