EN

Əfqan Sadıqov 14 sutkalıq həbs olundu

Əfqan Sadıqov 14 sutkalıq həbs olunub.

 
Sitat.info  APA-ya istinadən xəbər verir ki, bununla bağlı Tbilisi şəhər məhkəməsi qərar verib.
 
O, oktyabrın 18-də Tbilisidə aksiyada yolu qanunsuz olaraq bağlamaqda təqsirli bilinib.
 
Qeyd edək ki, Əfqan Sadıqovun saxlanıldığına dair məlumatlar yayılıb.
 
Xatırladaq ki, Əfqan Sadıqov ötən il avqustun 3-də Gürcüstanda həbs edilib. Ötən ilin noyabrında Tbilisi Şəhər Məhkəməsi "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar çıxarıb.
 
Bu il aprelin 16-da məhkəmə onu 5 min lari məbləğində girov qarşılığında azadlığa buraxıb.
Chosen
36
20
sitat.info

10Sources