EN

Putin: “Dövlət rus ailələrini dəstəkləməli, əhalini miqrantlarla əvəzləməməlidir” - VİDEO

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, dövlətin başlıca məqsədi ailə institutunu möhkəmləndirmək olmalıdır, əhalinin miqrantlarla əvəzlənməsi yolu ilə demoqrafik problemləri həll etmək deyil.

Musavat.com xəbər verir ki, bu fikri o, Dövlətin Demoqrafik və Ailə Siyasətinin həyata keçirilməsi üzrə Şuranın ilk iclasında səsləndirib.

Putin vurğulayıb ki, çoxuşaqlı ailələr ölkədə norma halına çevrilməlidir, ata və analıq isə insanların xoşbəxtlik mənbəyi kimi dəyərləndirilməlidir. Prezidentin sözlərinə görə, 2025–2030-cu illər ərzində 41 regiona ailələrin dəstəklənməsi üçün təxminən 75 milyard rubl ayrılacaq.

Dövlət başçısı əlavə edib ki, hökumət tərəfindən görülən bütün tədbirlərin effektivliyi ciddi şəkildə analiz olunacaq. Onun fikrincə, gənclərdə nikaha və valideynliyə meyil tərbiyə olunmalı, insanlar ailə qurmağı “daha münasib zamana” saxlamamalıdırlar, çünki o “ən uyğun zaman” bir gün artıq keçmiş ola bilər.

Musavat.com

Chosen
29
2
musavat.com

3Sources