EN

Əfqan Sadıqov 14 sutkalıq həbs olunub

Əfqan Sadıqov 14 sutkalıq həbs olunub.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bununla bağlı Tbilisi şəhər məhkəməsi qərar verib.

O, oktyabrın 18-də Tbilisidə aksiyada yolu qanunsuz olaraq bağlamaqda təqsirli bilinib.

Qeyd edək ki, Əfqan Sadıqovun saxlanıldığına dair məlumatlar yayılıb.

Xatırladaq ki, Əfqan Sadıqov ötən il avqustun 3-də Gürcüstanda həbs edilib. Ötən ilin noyabrında Tbilisi Şəhər Məhkəməsi "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar çıxarıb.

Bu il aprelin 16-da məhkəmə onu 5 min lari məbləğində girov qarşılığında azadlığa buraxıb.

"Cebheinfo.az" 

Chosen
50
20
cebheinfo.az

10Sources