EN

Tramp: Netanyahu dayanmalı idi, çünki İsrail dünyada nüfuzdan düşürdü

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Netanyahu dayanmalı idi, çünki İsrail dünyada nüfuzdan düşürdü.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində bildirib.

“O, (Netanyahu) dayanmalı idi. Əgər dayanmasaydı, dünya onu dayandıracaqdı. Mən baş verənləri görürdüm. Çoxlu güc mərkəzləri var, onlar regiondan kənardadır. Bizim də məsələyə müdaxilə etməyimiz çətinləşərdi. Netanyahu düz iş gördü. Bəziləri düşünürdü ki, İsrail müharibəni davam etdirmək üçün girovlarını da qurban verərdi. Amma İsrail xalqı girovların qaytarılmasını hər şeydən çox istəyirdi və biz bunu etdik”, - Tramp qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
7
apa.az

8Sources