EN

Müharibə təhdidinə İrandan cavab: Məğlub olacaqsınız

BAKI, 23 oktyabr. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin Tehranın nüvə proqramına qarşı yenidən güc tətbiqi ehtimalı ilə bağlı açıqlamasına cavab olaraq, belə bir addımın “qarşı tərəf üçün məğlubiyyət”dən başqa bir nəticə verməyəcəyini iddia edib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Bunu narahatlıq, yoxsa təhdid məqsədiləmi dediyini bilmirəm. Amma bu cür təhdidlər edənlər bilməlidirlər ki, uğursuz bir təcrübənin təkrarlanması onlar üçün başqa bir uğursuzluqla nəticələnəcək”, - Əraqçi qeyd edib.

Rafael Qrossi oktyabrın 20-də xəbərdarlıq edib ki, İranın nüvə proqramı genişlənərsə, Tehranın 10-a yaxın nüvə bombası hazırlamaq üçün kifayət qədər materialı olacaq.

“Tehran yalnız məhdud sayda və tədricən müfəttişlərə (nüvə obyektlərində təftişlərə) icazə verir. Bu məhdudiyyətlər təhlükəsizlik mülahizələri ilə bağlıdır, bunu başa düşürəm, amma diplomatiya uğursuz olarsa, İrana qarşı yenidən güc tətbiqindən narahatam”.

Chosen
75
teleqraf.com

1Sources