EN

Nikol Paşinyan: Erməni konyakı anlayışı mövcud ola bilməz

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Konyak yalnız Fransanın Konyak bölgəsində yetişdirilən üzümdən istehsal oluna bilər".

Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin bugünkü iclasında bəyan edib.

"Ermənistanda şampan ola bilməz, çünki şampan yalnız Fransanın Şampan bölgəsində yetişdirilən üzümdən istehsal olunur", - deyə o əlavə edib.

Paşinyan təəccübünü gizlətmədən gileylənib:

"Biz konyak ixrac edirik, bizə icazə vermirlər, amma siz iddia edirsiniz ki, Avropa İttifaqı ilə münasibətlərimiz yaxşıdır".

"Əziz dostlar, "Dilicanın Cermuk mineral suyu" anlayışı mövcud olmadığı kimi, "erməni konyakı" anlayışı da mövcud ola bilməz", - deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
oxu.az

1Sources