EN

“Neftçi” Abubakara güvənmir, yoxsa Abubakar “Neftçi”yə?

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yəqin ki, “Neftçi” hücum xəttindəki problemi həll etdi. Dünya futboluna tanış sima - Vensan Abubakar yenidən ağ-qara rəngli forma geyəcək. Amma bu dəfə “Beşiktaş”ln yox, “Neftçi”nin formasını. Cah-cəlalla gətirilən, yarım milyon pul tökülən futbolçuyaə, deyəsən, klubda güvənilmir. Bu səviyyəli futbolçu ilə “1+1 illik” müqavilə imzalanıb. Yəni ilk bir ildə tərəflər bir-birindən razı qalarsa, müqavilənin ikinci hissəsi qüvvəyə minəcək.Abubakarın fiziki durumu yerindədi, kənardan artıq çəkiyə malik olduğu da görünmür. Bəs niyə 1+1? Maraqlıdı. Bəlkə də futbolçunun intizam problemlərinə görə. Ya da əksinə, Abubakar dünya çempionatına hazırlaşır. Ola bilər ki, “Neftçi”də özünü göstərəndən sonra özünü Avropanın daha güclü klublarından birində görür. Bu üzdən də “+1” şərtini özü istəyib. Bu sevda yaman qara sevdadı. Tərəflərdən biri digərinə güvənmir…MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
icma.az

2Sources