EN

ABŞ-da böyükmiqyaslı deportasiya: immiqrantları ölkədən çıxarmağa hazırlaşırlar

Ajans.az xarici KİV-lərə istinadən xəbər verir ki, bubarədə ICEdirektoruTomQomanAxiosFutureofDefenseSummittədbirində çıxışı zamanı bildirib. Qomanın sözlərinə görə, ABŞ-da qeyri-qanuni yaşayan şəxslər “diqqətdən kənarda qalmayacaq” və deportasiya tədbirləri mərhələli şəkildə həyata keçiriləcək: “Biz qanunları icra etməyə borcluyuq. Kimliyindən asılı olmayaraq, qeyri-qanuni immiqrantlar məsuliyyətə cəlb ediləcəklər,” – deyə ICE rəhbəri vurğulayıb. O, həmçinin qeyd edib ki, ICE tərəfindən saxlanılan şəxslərin təxminən 70%-i cinayətkar kimi təsnif olunur, qalan 30–35%-i isə cinayət keçmişinə malik olmasa da, milli təhlükəsizlik üçün potensial təhlükə hesab edilir. Yeni deportasiya planı Tramp administrasiyasının sərtləşdirilmiş immiqrasiya siyasətinin tərkib hissəsidir və onun həyata keçirilməsi üçün əlavə maliyyə və hüquqi mexanizmlərin hazırlanacağı gözlənilir.

 

Chosen
40
Ajans.az

1Sources