Yermak danışıqların bütün təfərrüatlarını açıqlaya bilmədiyini, lakin, onlara ciddi tələbata baxmayaraq, ən müasir sistemlərin daha effektiv olduğunu vurğulayıb.
“Belə desək, uzun növbə var, biz buraxılış pəncərəsinə mümkün qədər yaxın olmağa çalışırıq. Burada ən vacibi Trampın yaşıl işıq yandırmasıdır, ona görə də bura xətt üzrə məsələlər əsasən texniki xarakter daşıyır”,- ukraynalı məmur söyləyib.
Onun sözlərinə görə, hazırda Amerika silahlarının alınması üçün “PURL (Prioritized Ukraine Requirements List)” proqramı fəal şəkildə həyata keçirilir. Brüssel də daxil olmaqla, artıq 17 ölkə bu proqrama qoşulur. Yermak həmçinin bildirib ki, buna da Pentaqonun rəhbəri Pit Heqsetin açıq bəyanatı kömək edib. Bununla belə, əlavə silahlarla bağlı hələlik konkret açıqlamalar verilməyib.
- Yeri gəlmişkən, “Tomaqavk” müzakirə oluna biləcək yeganə mövzu deyil. Dialoq davam edir və mən deməzdim ki, qapı bağlıdır”,- Andrey Yermak söyləyib.
Bununla belə, ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi və Kiyevə “Patriot” sistemləri vermək qərarı fonunda Ukrayna prezidenti Volodimir Zelenskinin özü jurnalistlərə açıqlamasında “Tomoqavk”larla da bağlı müsbət qərarın ola biləcəyini də istisna etməyib.
“Bu, qeyri-mümkün görünə bilər, lakin əvvəllər hətta sanksiyalar da qeyri-mümkün görünürdü. Uzun müddətli perspektivdə üzərində işlədiyimiz bəzi məsələlər var. Çox təfərrüatları bölüşə bilmərəm, amma ümid edirəm ki, qərar veriləcək. Düşünürəm ki, “Tomahavk”lar barədə ABŞ prezidenti Donald Trampdan eşitmisiniz”,- Zelenski vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, bu, çox həssas qərardır, lakin vəziyyət əvvəllər sanksiyalarla bağlı baş verənlərə bənzəyir. O vaxt bu, ağlasığmaz görünürdü, lakin indi enerji sanksiyaları ilə bağlı əhəmiyyətli təsir göstərən qərarlar verilir.
- Ona görə də düşünürəm ki, biz gələcəkdə uzaqmənzilli silahlarla bağlı oxşar qərara gələcəyik, lakin hər şey Amerika tərəfdən asılıdır. Kiyevlə Moskva arasında atəşkəsin olması üçün isə Rusiyaya daha çox təzyiq göstərmək lazımdır”,- Volodimir Zelenski bildirib.
Xatırladaq ki, bundan əvvəl Amerikanın Maliyyə nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
Sahil İsgəndərov
AzVision.az
 
                        