"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade "Atletik"in tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı vinger bunu Bilbao təmsilçisinə səfərdə uduzduqları matçın (1:3) 48-ci saniyəsində topu tora göndərməklə bacarıb.
Andrade sabiq danimarkalı futbolçu Yan Sorenseni qabaqlayaraq "basklar"ın Çempionlar Liqasında buraxdığı ən erkən qolun müəllifi olub.
Sorensen 1998/1999 mövsümündə Norveç "Rusenborq"unun heyətində ÇL qarşılaşmasının 85-ci saniyəsində "Atletik"i cəzalandırmışdı.