EN

9 ayda geyimə 6,3 milyard manat xərclənib

BAKI, 18 avqust. TELEQRAF

Bu ilin yanvar-sentyabr aylarında əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 6 milyard 340,1 milyon manat pul xərcləyib.

Teleqraf Dövlət Statistika Komitəsinə istiandən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artıb.

İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 13,7 faizi bu kateqoriyanın payına düşüb.

Xatırladaq ki, 2024-cü ildə isə geyim məhsullarına, ümumilikdə, 9 milyard 48,4 milyon manat xərclənmişdi.

Əlavə olaraq onu da bildirək ki, bu ilin yanvar-sentaybr aylarında ölkədə 116,7 milyon manatlıq geyim istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz azalma deməkdir.

Chosen
26
4
teleqraf.com

5Sources