EN

“Xarı Bülbül” çilçırağının təqdimatı keçirildi - FOTOLAR

BAKI, 23 oktyabr. TELEQRAF

Azərbaycan mədəniyyətinin zəngin ruhunu əks etdirən “Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirilib.

Teleqraf-ın məlumatına görə, çilçırağın hazırlanması ideyası “Museum Furniture” tərəfindən irəli sürülüb.

İdeyanın həyata keçirilməsi bir qədər çətin görünsə də, layihəni 1 il ərzində reallaşdırmaq mümkün olub. Layihə Azərbaycanın zəngin mədəniyyəti və tarixinə həsr olunub və italyan mütəxəssislərlə birgə hazırlanıb. Dizayn prosesi İtaliyanın Neapol şəhərində yerləşən “I Borbone” brendi ilə əməkdaşlıq çərçivəsində ilk gündən son ana qədər qeydə alınıb.

“Museum Furniture”nin ideya müəllifi olduğu layihənin icrası zamanı italyan tərəfdaşlara Azərbaycan tarixi və mədəniyyəti barədə geniş məlumat verilib, bunun nəticəsində ölkəmiz haqqında dərin təəssüratlar formalaşıb.

“Xarı Bülbül” çilçırağı layihəsi iki fərqli, lakin ruhca bir-birinə yaxın mədəniyyətin – Azərbaycan və İtaliyanın birliyini əks etdirir. “Xarı Bülbül” bizim üçün sadəcə bir dizayn deyil, bu, xalqımıza, tariximizə və mədəniyyətimizə olan dərin ehtiramın ifadəsidir.

Təqdimat mərasimində milli musiqi alətlərimiz, xalq rəqsləri və Qarabağ xalçaları nümayiş etdirilib. Tədbirdə vurğulanıb ki, “Xarı Bülbül” Azərbaycanın simvoluna çevrilib. “Museum Furniture” də ərsəyə gətirdiyi bu layihədə məhz bu məqamı nəzərə alıb:

"Əgər bu simvol torpaqlarımızın işğalı dövründə itkini ifadə edirdisə, bu gün o, dirçəliş və qələbə rəmzidir!".

Chosen
64
3
teleqraf.com

9Sources