EN

Lenfoma zamanı düzgün qidalanma necə olmalıdır?

Lenfoma (limfa xərçəngi) müalicəsi dövründə düzgün qidalanma bərpa prosesini sürətləndirir, enerji səviyyəsini qoruyur və infeksiya riskini azaldır.

 

Pravda.az bildirir ki, lenfoma xəstələri üçün xüsusi bir pəhriz olmasa da, balanslı və təbii qidalanma son dərəcə vacibdir.

 

Gündəlik menyuya meyvələr, tərəvəzlər, tam taxıllar, sağlam yağlar və keyfiyyətli proteinlər daxil edilməlidir.

 

Bol su içmək və şəkərli, emal olunmuş məhsullardan uzaq durmaq orqanizmin müalicəyə verdiyi cavabı gücləndirir.

 

Diyetoloqlar hesab edirlər ki, məqsəd yalnız çəki saxlamaq deyil, həm də immunitet sistemini möhkəmləndirmək və müalicənin yan təsirlərini azaltmaqdır.

 

Əminə Bayramova

Tarix: 23 Oktyabr 2025, 14:21   
Chosen
89
pravda.az

1Sources