Qazaxıstanın qərb bölgəsində naməlum mənşəli pilotsuz uçuş aparatının partlayışı qeydə alınıb.
Hadisə Burli rayonu ərazisində, yaşayış məntəqələrindən uzaq zonada baş verib. Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Rəsmi məlumata görə, dronun qalıqları hadisə yerində aşkar edilib, xəsarət alan yoxdur, maddi zərər qeydə alınmayıb.
“HadisÉ™ yerindÉ™ sÉ™lahiyyÉ™tli dövlÉ™t qurumları ilÉ™ birgÉ™ baxış keçirilir, insidentin sÉ™bÉ™blÉ™ri vÉ™ obyektin mÉ™nÅŸÉ™yi müəyyÉ™nləşdirilir”, - deyÉ™ Qazaxıstan MüdafiÉ™ NazirliyindÉ™n bildirilib.
Qurum əlavə edib ki, hava məkanına nəzarət gücləndirilib, dövlət sərhədini icazəsiz keçə biləcək hava obyektlərinin qarşısının alınması üçün əlavə tədbirlər görülür.
Nazirliyin məlumatına əsasən, məsələ ilə bağlı xarici tərəfdaşlarla da məsləhətləşmələr aparılır. Onlara bu pilotsuz aparatların potensial mənsubiyyəti barədə sorğular göndərilib.