EN

Həmin muzeyin pəncərəsi türistlərin marağına səbəb oldu

Operativ MM saytından verilən məlumata görə, ain.az xəbər verir.

Oğurluqdan sonra yenidən açılan Luvr Muzeyi bu dəfə sənət əsərlərindən çox qırılmış bir pəncərə ilə ziyarətçilərin diqqətini cəlb edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Parisdə Sena çayındakı gəmilərin bələdçiləri artıq muzeyin sənətindən deyil, oğruların oğurlamaq üçün sındırdığı pəncərədən danışır, həmin pəncərini turistlərə göstərirlər.

Cour Napoléon həyətində və muzeyin şüşə piramida girişində uzun növbələr yaranıb. Lakin bir çox ziyarətçi içəridəki 33 min sənət əsərini görməkdənsə, oğruların girdiyi pəncərəyə baxmaq üçün həyətdə toplaşıb. Quai François Mitterrand boyunca qara pərdələrlə qismən örtülmüş pəncərəyə baxan izdiham fotoşəkil çəkmək üçün yarışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
operativmm.az

2Sources