EN

Xankəndidə QHT Forumundan Təəssüratlar: Sahib Məmmədovun Açıqlaması

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov QHT.az-a açıqlamasında Xankəndidə keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunu yüksək qiymətləndirib.

S.Məmmədov bildirib ki, tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunmuş və Xankəndidə yerləşən nümayəndəliyin, Prezident Administrasiyası və digər dövlət qurumlarının, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin geniş iştirakı ilə keçirilmişdir. QHT sədri tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təəssüratını belə ifadə edib:

"Xüsusilə forum öncəsi Şuşada təşkil edilmiş tədbir və Xocalıda keçirilmiş ağacəkmə aksiyasından danışaraq qeyd edim ki, forum zamanı məruzəçilərin çıxışları və müzakirələr çox maraqlı keçib. Tədbirin böyük həcmdə, peşəkar şəkildə təşkili mənim ən çox diqqətimi çəkdi. Burada möhtəşəm idarəçilik və menecment gördüm. Bu həm Aygün xanımın, həm də onun personalının xidmətidir və mən bunu xüsusi vurğulayıram. Forum iştirakçılar arasında fikir mübadiləsi və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli bir platforma olmuşdur".

 

Pərvanə Fərhadqızı

Chosen
68
qht.az

1Sources