EN

Knyaz Əmiraslanov ÇL-nin oyunlarına təyinat aldı

Azərbaycanın futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında iş başında olacaq.

Əmiraslanov oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznica-Grad 2018” (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq “Riqa” (Latviya) - “Luxol St.Andreus” (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək. FIFA referisi oktyabrın 30-da keçiriləcək “Luxol St.Andreus” - “Loznica-Grad 2018” qarşılaşmasında isə birinci hakim olacaq.

Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.

Chosen
38
9
football-plus.az

10Sources