EN

Türk Silahlı Qüvvələri: Qəzzaya getməyə hazırıq

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Qəzzada iki il davam edən humanitar faciə nəzərə alınaraq, bölgəyə təcili humanitar yardımın çatdırılması və dağıdılmış infrastrukturun bərpası prioritet halına gəlib”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Qəzza zolağında beynəlxalq sabitləşdirici missiyada Türk Silahlı Qüvvələrinin yer alıb-almayacağı barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu çərçivədə Qəzza missiyasının yaradılması məqsədilə Mülki-Hərbi Koordinasiya Mərkəzi təsis edilib. Bu quruma bağlı olaraq təhlükəsizlik patrulu, mülki infrastrukturun qorunması, humanitar yardım, sərhəd təhlükəsizliyi, yerli təhlükəsizlik qüvvələrinin təlimi və atəşkəsin izlənməsi kimi vəzifələrə cavabdeh Beynəlxalq Sabitləşdirici Qüvvələrin yaradılması planlaşdırılır.

Türk Silahlı Qüvvələri əvvəlki sülh missiyalarında qazandığı təcrübə ilə sülhün bərqərar olunması və qorunmasında onlara veriləcək hər cür vəzifəni beynəlxalq hüquq çərçivəsində yerinə yetirməyə hazırdır. Bu baxımdan, Türk Silahlı Qüvvələri dövlətimizin müvafiq qurumları ilə koordinasiyada hazırlıqlarını davam etdirir. Türkiyə atəşkəs razılaşmasının 4 qarant ölkəsindən biri olaraq digər ölkələrlə diplomatik və hərbi məsləhətləşmələr aparır”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
2
sherg.az

3Sources