EN

Uşaqların sevimli yazıçısı- Hansı nüfuzlu mükafat ona beynəlxalq şöhrət qazandırmışdı?

Rodari 1939-cu ildə Milan Universitetində təhsil alsa da, sonra təhsilini yarımçıq qoymalı oldu. İkinci Dünya müharibəsinin dəhşətləri içində yaşadı, lakin səhhətinə görə hərbi xidmətə çağırılmadı. O illərdə davamlı bir iş tapa bilmədiyindən, məcburiyyət qarşısında dövlətin rəsmi ideologiyasını təmsil edən nasist partiyasına üzv oldu və kiçik bir məmur kimi işləməyə başladı.

Lakin bu, onun həqiqi baxışlarını əks etdirmirdi. Qardaşı Çezarenin faşistlər tərəfindən həbs olunması və yaxın dostlarının ölümü Rodarini dərin sarsıntıya saldı.

1944-cü ildə o, İtaliya Kommunist Partiyasına qoşuldu və İtaliya Müqavimət Hərəkatının fəal üzvünə çevrilmişdi. Əslində, o, artıq 1940-cı illərdən etibarən bu ideoloji cəbhənin tərəfində idi. Faşist partiyasına üzvlüyü isə sadəcə həyatını qorumaq üçün atdığı məcburi addım idi.

Rodarinin ümumilikdə 40-a yaxın kitabı olduğu bildirilir, lakin bəzi mənbələrdə bu rəqəm 25 ilə 60 arasında dəyişir. Bunun səbəbi, yazıçının bəzi hekayələrinin ayrıca kitab kimi nəşr olunması və ya genişləndirilib yenidən çap edilməsidir.

Rodari üçün yazmaq sadəcə bir sənət deyildi – bu, həyat tərzi idi. Onun fantaziyası sonsuz, dili oynaq və düşündürücü idi. 1979-cu ildə Rusiyaya səfəri zamanı səhhəti pisləşdi və 14 aprel 1980-ci ildə əməliyyat zamanı dünyasını dəyişdi.

Yazıçıuşaqlara və böyüklərə xəyal gücünün, azad düşüncənin və ümidin gücünü öyrədən onlarla möhtəşəm əsər miras buraxıb.

Bu gün Canni Rodarinin əsərləri hələ də oxunur, səhnələşdirilir və yeni nəsillərə ilham verir.

Onun yazdıqları bizə xatırladır ki, fantaziya sadəcə uşaq oyunları üçün deyil — o, dünyanı daha gözəl görməyin və daha ədalətli qurmağın yoludur.

Chosen
25
kulis.az

1Sources