EN

Rusiyadan açıqlama: Tramp müharibə yolunu seçdi

BAKI, 23 oktyabr. TELEQRAF

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Budapeştdə keçiriləcək sammiti ləğv etməsi və VaşiqtonunRusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsini şərh edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.

"Trampın Budapeşt sammitini ləğv etməsi. ABŞ-nin ölkəmizə qarşı yeni sanksiyaları. Başqa nə olacaq? "Tomahawk"lardan başqa yeni silahlar veriləcəkmi?

ABŞ bizim düşmənimizdir. Onların danışqan "sülhməramlısı" indi tamamilə Rusiya ilə müharibə yoluna qədəm qoyub. Bəli, o hələ ki, Kiyevin tərəfində açıq şəkildə döyüşmür, amma bu artıq onun münaqişəsidir, Baydenin deyil! Əlbəttə, deyəcəklər ki, ona başqa çıxış yolu yox idi, Konqres təzyiq göstərmişdi və s. Amma bu əsas fakti dəyişmir: qəbul edilən qərarlar Rusiyaya qarşı savaş aktıdır. Və indi Tramp tamamilə avropalı "dəlilər"lə həmrəy olub",-Dmitri Medvedev bildirib.

Rusiya rəsmisi həmçinin qeyd edib ki, bu vəziyyət münaqişənin quru əməliyyatlarına hərbi güc tətbiq etməyə üstünlük verilməsi imkanını da artırır və diplomatik danışıqların əhəmiyyətini azaltmış olur:

"Mənasız "sazişlər" bağlamaq yox, düşmənləri məhv etmək vacibdir".

Chosen
81
2
teleqraf.com

3Sources