Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehralıyev ittiham aktını elan edib.
İttihama görə, Bəşir Süleymanlı Parisdə fəaliyyət göstərən ABŞ-ın Alman Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr adı ilə ümumilikdə 148 min manatdan artıq vəsait qrantı tamah məqsədi ilə ələ keçirib. O, bu əməli törədərkən Mehriban Rəhimli və digərləri ilə cinayət əlaqəsinə girib, vəzifə səlahiyyətlərindən sui- istifadə edib və alınmış qrantlar barədə müvafiq nazirliklərə məlumat verməyib.
Bəşir Süleymanlı ona elan edilən ittihamla özünü təqsirli bilməyib.
Növbəti proses noyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, Bəşir Süleymanlı bu ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
10Sources
-
moderator.azBəşir Süleymanlının məhkəməsi başladı ( 22698373)
-
demokrat.azBəşir Süleymanlının məhkəməsi başladı ( 22697107)
-
Ajans.azİnstitut rəhbərinin məhkəməsi BAŞLADI ( 22695916)
-
yenicag.azBəşir Süleymanlının məhkəməsi başladı ( 22695751)
-
unikal.azBəşir Süleymanlının məhkəməsi başladı ( 22695448)
-
teleqraf.comBəşir Süleymanlının xaricdən aldığı qrantın məbləği açıqlandı ( 22695307)
-
unikal.azBəşir Süleymanlının məhkəməsi başladı ( 22695319)
-
news365.az"QHT işi" üzrə daha iki məhkəmə başlayır ( 22433671)
-
pravda.azBu şəxslər hakim qarşısına çıxarılır? ( 22432978)
-
icma.azTanınmış vəkilin məhkəməsi başlayır ( 22285399)