Sİ departamentinin baş direktoru Aleksandr Vanqın adından işçilərə göndərilən bildirişdə verilən qərarın "məhsuldarlığı artırmaq məqsədi daşıdığını" vurğulanır. "Meta" mövzu ilə əlaqədar hələ ki rəsmi açıqlama yaymayıb, eyni zamanda, mətbuatın suallarına cavab verməyib.
![]() |
| "Amazon" yüz minlərlə işçini robotla əvəzləyəcək |
Son dövrlərdə "Meta" ilə yanaşı müxtəlif sahələr üzrə ixtisaslaşmış bir çox şirkət Sİ hesabına özünün canlı işçi qüvvəsində ixtisarlara gedir. Bu minvalda ABŞ-də fəaliyyət göstərən dünyanın ən böyük onlayn satış şirkəti "Amazon" da yaxın gələcəkdə təqribən 600 min əməkdaşını işdən çıxararaq, onları robotlarla əvəzləməyi planlaşdırır. Maraqlıdır ki, qənaət məqsədilə robotları canlı insan qüvvəsinə dəyişən şirkət bu niyyətini ictimaiyyətdən gizlətməyə, "robot" və "süni intellekt" ifadələri öz məlumatlarında "yüksək avtomatik texnologiya" adı ilə göstərməyə çalışır.
Firudin Həmidli
AzVision.az
