EN

Manevr qaydasını pozub təhlükə yaratdı, sonra əlini çıxarıb narazılıq etdi VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda manevr qaydasını pozan sürücü digər avtomobilə təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 10-da, paytaxtın Rəşid Behbudov küçəsində qeydə alınıb. Belə ki, 77-SZ-308 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü sağa manevr edən zaman görüntünü qeydə alan avtomobili sıxışdırıb. Təhlükə ilə üzləşən sürücü səs siqnalı versə də, o, heç bir reaksiya vermədən manevr etməyə davam edib. Daha sonra isə əlini bayıra çıxararaq özünə haqq qazandırmağa çalışıb.

Sürücünün qaydalara laqeyd və intizamsız olduğu, avtomobilin sol güzgüsünün olmamasından açıq şəkildə görünür.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
79
avtosfer.az

1Sources