EN

Maşını yolun ortasına atıb gedən sürücü həyətin çıxışını bağladı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Xırdalan şəhərində dayanma-durma qaydasını pozan sürücü yolda hərəkəti məhdudlaşdırıb. Avtosfer.az xəbər verir ki, hadisə həyət ərazilərinin birində baş verib. Belə ki, görüntünü qeydə alan sürücü həyətin çıxışına doğru gələrək yoluna davam etmək istəyib. Bu zaman 77-DE-164 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin yolun ortasında park edildiyini görüb. Avtomobildə olan sərnişinlərdən biri sükan arxasına keçib yol verməyə çalışsa da, bu mümkün olmayıb. Sürücü məcburi şəkildə geriyə hərəkət etməli olub.

Sözügedən videonu təqdim edirik.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
avtosfer.az

1Sources