EN

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Chosen
45
13
azertag.az

10Sources