EN

Lukoyl-un Azərbaycandakı fəaliyyəti ABŞ sanksiyalarından azad olunub

OFAC (Xarici Aktivlərə Nəzarət Ofisi, ABŞ Maliyyə Nazirliyinin sanksiyaların tətbiqinə cavabdeh olan agentliyi) Rusiyanın Rosneft və Lukoyl şirkətlərinə qarşı sanksiyalara uyğunlaşmaq üçün 1 aylıq güzəşt müddəti təyin edib.

Musavat.com xəbər verir ki, müvafiq icazə sənədi nazirliyin saytında yerləşdirilib. Lisenziya noyabrın 21-dək qüvvədədir. Hər iki şirkətin qiymətli kağızlarından çıxış həmin müddət ərzində başa çatdırılmalıdır.

Noyabrın 21-dək Rusiyadan kənarda yerləşən Lukoyl yanacaqdoldurma məntəqələri ilə əməliyyatların dayandırılması üçün ayrıca lisenziya da verilib.

Bir həftə əvvəl Lukoyl və Rosneft-ə qarşı sanksiyalar tətbiq edən Böyük Britaniya kimi, ABŞ da Azərbaycan və Qazaxıstandakı beynəlxalq layihələri – Xəzər Boru Kəməri Konsorsiumu və Tengiz Chevroil-ı sanksiyalardan azad edib. CPC və TengizChevroil ilə bağlı Lukoyl və Rosneft-in iştirakı ilə əməliyyatlara ayrıca müddətsiz lisenziya ilə icazə verilir.

Musavat.com

Chosen
12
1
musavat.com

2Sources