EN

Tramp bu ilin sonuna kimi 600 mindən çox miqrantı deportasiya etməyi tapşırıb

Tramp administrasiyasının qərarına əsasən, ABŞ Miqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) 2025-ci ilin sonuna qədər 600 mindən çox qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır.

APA xəbər verir ki, bunu ICE rəhbəri Tom Homanın Axios-un “Müdafiənin Gələcəyi” sammitində çıxışı zamanı deyib.

Homan vurğulayıb ki, ABŞ-da qeyri-qanuni şəkildə yaşayanlar diqqətdən kənarda qalmayacaq: “Əgər sizi tapsaq, sizi həbs edəcəyik”.

Onun sözlərinə görə, ICE tərəfindən saxlanılanların təxminən 70%-i cinayətkar kimi təsnif edilir, qalan 30–35%-i isə cinayət keçmişi olmasa da, potensial olaraq milli təhlükəsizlik üçün təhdid hesab olunan şəxslərdir.

Chosen
88
4
apa.az

5Sources