EN

Böyük Britaniya Rosneft in iki törəmə müəssisəsini sanksiyalardan azad etdi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Böyük Britaniya Rusiyanın "Rosneft" şirkətinin Almaniyadakı iki törəmə müəssisəsini sanksiyalardan azad edib.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Britaniyanın Maliyyə Sanksiyalarının İcrası İdarəsinin yaydığı məlumatda bildirilib.

Qərara əsasən, "Rosneft Deutschland" və "RN Refining & Marketing" şirkətləri sanksiyalardan azad edilib. Əsas lisenziya 22 oktyabr 2027-ci il tarixinədək etibarlıdır.

Qeyd edək ki, bir həftə əvvəl "Rosneft" və "Lukoyl"a tətbiq edilən məhdudiyyətlərə cavab olaraq, Rusiyanın Böyük Britaniyadakı səfirliyi bəyan etmişdi ki, Londonun bu cür addımları beynəlxalq enerji bazarlarının sabitliyini pozmaq təhlükəsi yaradır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
62
2
oxu.az

3Sources