EN

"Qarabağ” liqa mərhələsində ilk dəfə MƏĞLUB OLDU - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başa çatıb.

Paralel.az Bizim.Media ya istinadən xəbər verir ki "San Mames" stadionunda təşkil olunan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 

Ağdam təmsilçisinin heyətində Leandro Andrade, rəqibdə isə Qorka Quruseta ( 2 qol ) ilə Robert Navarro fərqləniblər.


Hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.

22 oktyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, III tur

20:45. "Atletik" – "Qarabağ" - 3:1

Qol: Leandro Andrade, 1 (0:1), Qorka Quruseta, 40 (1:1), 88, (3:1), Robert Navarro, 70 (2:1)

Baş hakim: İqor Payaç (Xorvatiya)

"San Mames" stadionu








Chosen
81
15
paralel.az

10Sources