EN

Paşinyan Qareginin iç üzünü açdı: Özü subaylıq andını pozub, qardaşı isə...

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bütün ermənilərin katolikosu II Qaregin patriarxal taxt-tacı ələ keçirib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ktriç Nersisyan (katolikosun dünyəvi adı) subaylıq andını pozduğuna görə rüsvay edilib. Bunu erməni Apostol Kilsəsinin sadiq davamçısı kimi bildirirəm. O, çoxdan rüsvay edilib və ruhanilərin rəhbəri deyil. Qaregin özü kimi digərləri ilə birlikdə kimi patriarxal sistemi ələ keçirmiş adamdır. Katolikos niyə arvadı və uşaqları olduğu barədə ictimaiyyətə izahat verməlidir. Üstəlik, onun qardaşı arxiyepiskop Yezras “KQB” agentidir. Mən kilsəmizi onlardan azad etmək üçün canımı verəcəm”, – Paşinyan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
globalinfo.az

1Sources