EN

Zəngəzur dəhlizi və BTQ dəmir yolu bir-birini tamamlayacaq - Türkiyə nazirinin müavini

BAKI, 22 oktyabr. TELEQRAF

224 kilometrlik Qars-İğdır-Arilık-Dilucü dəmir yolu Zəngəzur dəhlizinin mühüm hissəsinə çevriləcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Osman Boyraz Tiflisdə keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu bir-birinə alternativ olmayacaq, əksinə, bir-birini tamamlayacaq.

Nazir müavini qeyd edib ki, Türkiyə Orta Dəhliz potensialının tam reallaşdırılması istiqamətində səylərini davam etdirəcək.

Boyraz həmçinin əlavə edib ki, rəqəmsallaşma və bir pəncərə sisteminin tətbiqi marşrutu daha cəlbedici edəcək.

Chosen
25
3
teleqraf.com

6Sources