Bakı. Trend:
Yaradıldığı dövrdə 270 milyon ABŞ dolları iləfəaliyyətə başlayan Dövlət Neft Fondu bu gün aktivlərini70 milyard ABŞ dollarını keçən strateji ehtiyatsəviyyəsinə çatdıraraq ölkənin fiskal və makroiqtisadi sabitliyindəmühüm rol oynamaqdadır.
Trend xəbərverir ki, bunu Dövlət Neft Fondunun İcraçı direktorunun müaviniBəhruz Bəhramov Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsində keçirilən “Konstitusiya və Suverenlikİli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları vəiqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda çıxışızamanı deyib.
İcraçı direktorunun müavini vurğulayıb ki, Fondun 2015-ci ildəmakroiqtisadi sabitliyin qorunmasına, 2016-cı ildə azalan neftgəlirlərinə baxmayaraq, sosial öhdəliklərin yerinə yetirilməsinə,2020-ci ildə isə pandemiya ilə mübarizədə əlavə büdcə xərclərininqarşılanmasına verdiyi töhfə bunun bariz nümunəsidir:
“Bu illər ərzində Fond yalnız maliyyə ehtiyatlarının idarəçisideyil, həm də institusional yaddaşa, dayanıqlı idarəetməprinsiplərinə və beynəlxalq etimada əsaslanan bir quruma çevrilib.Bu gün ARDNF-nin vəsaitləri ÜDM-in 90 %-ni, dövlətborcunun isə 12 qatını üstələyir”.
Bəhruz Bəhramov bildirib ki, Fondun fəaliyyəti dövründə dövlətbüdcəsinə edilən transfertlər dövlət büdcəsi vasitəsi ilə sosialinfrastrukturun inkişafı, strateji layihələrin icrası, müdafiəqabiliyyətinin gücləndirilməsi və əhalinin rifahına yönəlib:
“Bu, dövlət büdcəsinin gəlirlərinin iqtisadi inkişafın ilkinillərində 50-60 %-ni, son illərdə isə təxminən30-40 %-ni təşkil etməklə, fiskal və makroiqtisadisabitliyin təminində mühüm rol oynamışdır. Bundan başqa Fond birçox strateji əhəmiyyətli sosial, infrastruktur, enerji və təhsillayihələrinin maliyyələşdirilməsini həyata keçirib(12 milyard ABŞ dolları).
ARDNF rəsmisi əlavə edib ki, son on il ərzində Fonduninvestisiya gəlirləri 15 milyard ABŞ dollarınayaxınlaşaraq uzunmüddətli maliyyə dayanıqlığının mənbələrindənbirinə çevrilib.
“ARDNF-nin qlobal səviyyədə nüfuzlu tərəfdaşlarının idarə etdiyivəsaitlərinin toplam həcmi 40 trilyon ABŞdollarına yaxındır, o cümlədən bu şirkətlərin investisiyalarının5 trilyon ABŞ dollarından çoxu daşınmaz əmlak,infrastruktur və özəl səhm aktiv növləri üzrə yatırımlardanibarətdir.
Fondun icraçı direktoru ötən il məcmu vəsaitlərinin həcmi8 trilyon ABŞ dollarından çox olan və dünyanınsuveren institutlarını bir araya toplayan ilk və yeganə təşkilatolan Beynəlxalq Suveren Fondlar Forumunun Sədr müavini vəzifəsinəseçilib”, - deyə o fikrini tamamlayıb.