“İnqilabdan dərhal sonra bəzi insanlar Nikol Paşinyanın şəxsi oliqarxlarına və yerli kriminal nümayəndələrinə çevrilə biləcəyini düşünürdülər”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında belə deyib. “On nəfərdən səkkiz-doqquzu, belə demək mümkünsə, rəsmilərlə əlaqə saxlayıb bizə xidmət etməyə hazır olduqlarını bildirirdilər. Həmin məqamda onlar heç də başqa fikirdə deyildilər. Bu insanlar öz yerlərində sakit oturacaqlar.
Əgər səslərini çıxarsalar, xatırladaram ki, o bəslənən adam (adını açıqlamayıb-M.A) mənimlə evimizin yaxınlığındakı kafedə görüşdü və məni birlikdə gəldiyi başqa adamla işləməyə çağırdı”,-deyə spiker bildirib. Onun sözlərinə görə, bir çox keçmiş yüksək vəzifəli məmurlar və nazirlər hakimiyyətə öz xidmətlərini təklif ediblər.
“Belə insanlar olub, var və olacaq. Əgər ad çəkməyimi istəmirlərsə, öz yerlərində sakit otura bilərlər”, - Simonyan əlavə edib. O, dörd ay əvvəl Vardan Qukasyanın yerinin həbsxana olduğunu dediyini bildirib.
“Siz kimi müdafiə edirsiniz? Gümrüdə “Vətəndaş Müqaviləsi” Partiyası ən çox səsi topladı, sonra üç-dörd partiya birləşdi (şəhərin meri seçildi- red.)”,- deyə Simonyan qeyd edib.
O, əlavə edib ki, cinayət törədərkən siyasi mövqelərin arxasında gizlənə biləcəklərini səhvən düşünən insanlar var. Simonyan parlament sədrinin müavini Ruben Rubinyanın onun vəzifəsinə can atması ilə bağlı söhbəti gülünc adlandırıb.